news Image
2013.08.12
17:54
| A A A
Mədəniyyət və Turizm Nazirliyi 25 turizm obyektinə lisenziya verib

Mədəniyyət və Turizm Nazirliyi iyul ayı ərzində 25 turizm obyektinə lisenziya verib.


Nazirlikdən Mövqe.az-a verilən məlumata görə, iyulda 14 mehmanxana və mehmanxana tipli obyektin fəaliyyətinə dair lisenziya verilib. Həmin obyektlər Zaqatala rayonu, Yuxarı Tala kəndi ərazisində yerləşən "Göyçə" moteli, Şamaxı rayonu, Avaxıl kəndi ərazisində yerləşən "Dağlar Qoynunda" istirahət mərkəzi, Bakıda yerləşən "ASKAR", "Business Place", "Excelsior Hotel Baku" mehmanxanaları, Xaçmaz rayonu, Günəşli qəsəbəsi ərazisində yerləşən "Mirvari" istirahət mərkəzi, Şəki rayonu, Baş Küngüt kəndi ərazisində yerləşən "Küngüt" istirahət mərkəzi, Masallı rayonu, Qəriblər kəndi ərazisində yerləşən "Viləş Palace" mehmanxanası, Bakıda yerləşən "SƏMA" qonaq evi, "Montenegro İnn" mehmanxanası, "Vulkan" moteli, Ağstafada yerləşən "GÜLÜL" qonaq evi, Xaçmaz rayonunda yerləşən "Green Ville" istirahət kompleksi, "Orman" istirahət mərkəzidir.


İyulda "CTF" firmasına (Xaçmaz rayonu, Seyidlikəndyeri) mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş xüsusi razılığın (lisenziyanın) fəaliyyəti dayandırılıb.


İyul ayında 11 şirkətə turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyalar verilib. Həmin şirkətlər "FLAME TRAVEL", "PAŞA TRAVEL", "COMPASS TRAVEL", "GOLDEN ROCK TRAVEL", "Go2 Travel", "Kardinal LTD", "Avita", "Expedia Travel", "Azintourist Co LTD" və "REST-TRAVEL" MMC-dir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs