Əlaqə Arxiv
news Image
2013.08.13
11:49
| A A A
Azərbaycanda nadir ağacların kökü kəsilir

Kəsilmiş ağaclar parket üçün istifadə olunur və maşını 200-300 ABŞ dollarına satılır

Azərbaycanın meşə massivində ağac soyqırımı aparılır. Mövqe.az Milli.az-a istinadən məlumat verir ki, Lənkəranın Qərian kəndində meşədə nadir ağac növləri kəsilir. Kəsilmiş ağaclar hər gün 3-4 "QAZ-66" markalı maşınlara yüklənərək aparılır. Kəsilmiş ağaclar parket üçün istifadə olunur və maşını 200-300 ABŞ dollarına satılır.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova açıqlamasında bildirib ki, qeyd olunan faktla bağlı araşdırma aparılacaq. Nazirlik rəsmisinin sözlərinə görə, ağac kəsilməsi ilə bağlı fotolar da müvafiq departamentə təqdim edilib və araşdırma aparılır.

Sizin Reklam Yeriniz