news Image
2013.08.13
11:47
| A A A
ABŞ hərbçiləri maneələrə davamlı “GPS” sistemini sınaqdan keçiriblər

ABŞ hərbçiləri maneələrə davamlı peyk naviqasiya sisteminin (GPS) sınaqlarının uğurlu keçirilməsini bəyan ediblər. Yeni antenalardan istifadə sayəsində konstruktorlar "GPS" peyklərindən hətta şüalandırmanın yönəldiyi fəal maneələrin yaradılması şəraitində siqnal qəbul etməyə nail olublar.

 

Sınaqlar ABŞ Hərbi Dəniz Qüvvələrinin Merilend şəhərində yerləşən aviasiya stansiyasında baş tutub. Sınaqlar zamanı eksperimental xarakterli pilotsuz uçan aparata yeni növ antenalar quraşdırıldıqdan sonra xüsusi laboratoriyaya yerləşdirilib. Maneələr üçün imitasiya qismində xüsusi radioötürücülərdən istifadə olunub, aparatın qoyulduğu yerin divarları isə əvvəlcədən radiodalğaları qəbul edə bilən materialla örtülüb. Belə laboratoriya tədqiqatçılara aparatı itirmək riski və minimal kənar amillərin müdaxiləsi olmadan çoxlu sayda müxtəlif vəziyyətləri modelləşdirməyə imkan verib. 

 

Sınaqlar təsdiq edib ki, xüsusi antenalar sayəsində maneə generatorlarının təsirini neytrallaşdırmaq mümkündür. Maneələrin xarakteri (sulanma spektri və gücü) barəsində ətraflı məlumat verilmir.

 

Qeyd edək ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin Pataksen çayının kənarında yerləşən kompleksi radiotexniki tədqiqatların aparılması, hava nəqliyyatı dispetçerlərinin hazırlanması üçün istifadə edilməklə yanaşı, ABŞ-ın şərq sahilində uzunluğu 4 kilometrdən çox olan ən böyük uçuş-enmə zolağına malikdir, - "Lenta" yazır.  

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs