news Image
2013.08.13
11:50
| A A A
Azərbaycanda kütləvi surətdə “DVB-T2” standartında yayıma keçid başlayıb

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) "Teleradio" İstehsalat Birliyi (İB) "DVB-T" və "MPEG4" standartında işləyən teleradio yayım stansiyalarını "DVB-T2" standartına keçirir.

 

Hazırda Azərbaycan ərazisinin 95 faizdən çoxu "MPEG4", "DVB-T"  formatında rəqəmli yayım ilə əhatə edilib.

 

Bu günlərdə RİTN-in Elmi Şurasının iclasında mövcud stansiyaların "DVB-T2" formatına keçirilməsi ilə bağlı protokol təsdiqlənib.

 

Artıq "Teleradio" İB tərəfindən "DVB-T" formatında işləyən mövcud teleradio yayım stansiyalarında müvafiq modulları dəyişməklə onların "DVB-T2" standartına keçirilməsi üzrə işlər aparılır. Hazırda Bakı şəhərində bir neçə "DVB-T2" standartında yayım həyata keçirən stansiya mövcuddur, gələcəkdə isə bütün stansiyaları bu standarta keçirilməsi planlaşdırılır.

 

Mövcud "DVB-T" stansiyaları regionlarda 10-12 televiziya kanalının, Bakıda isə 24 kanalın daxil olduğu sosial paketin yayımını təmin edir. "DVB-T2" stansiyaları isə kommersiya yayım xidmətlərinin göstərilməsi üçün nəzərdə tutulub.

 

İlk növbədə yeni formata keçid yayımı qəbul etməyə hazır olan ərazilərdə həyata keçiriləcək. Qeyd edək ki, bu standartda yayımı qəbul edən "set-box"ların və televizorların olması əsas şərtdir.

 

Hazırda yerli bazarda aparıcı dünya istehsalçılarının bu standartları dəstəkləyən televizorlarının qiyməti 180-200 manatdan başlayır, "set-box"ların qiyməti isə 30-40 manat civarındadır. 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs