Əlaqə Arxiv
news Image
2013.08.13
14:59
| A A A
Moskvada 44 yaşlı azərbaycanlı miqrant saxlanılıb

Rusiya paytaxtının şimal-şərqində qeyri-leqal miqrasiyanın təşkilində şübhəli bilinən 44 yaşlı azərbaycanlı saxlanılıb.


 APA-nın verdiyi xəbərə görə, Anadır döngəsində yerləşən bazarın ərazisində miqrantların qanunsuz məskunlaşması faktı aşkar edilib.  

 

Araşdırma nəticəsində bəlli olub ki, azərbaycanlı anbarların olduğu məkanları icarəyə götürərək orada 10 Azərbaycan vətəndaşının məskunlaşmasını təşkil edib. O, həmin şəxslərin miqrasiya qanunvericiliyinə zidd olaraq Rusiya ərazisində olmalarını bilməsinə baxmayaraq, onları iş yeri ilə də təmin edib. Bu şəxslərin inzibati məsuliyyətə cəlb olunmaları üçün onlar barədə materiallar Rusiya Miqrasiya Xidmətinə təqdim olunub. Saxlanılan 44 yaşlı azərbaycanlı haqqında "qanunsuz miqrasiyanın təşkili" maddəsi ilə cinayət işi açılıb.   

 

Sizin Reklam Yeriniz