Əlaqə Arxiv
news Image
2013.08.13
15:05
| A A A
İmran Cəfərzadənin səhhətində xeyli irəliləyiş var

"Hadisənin baş verdiyi gündən etibarən İmranın səhhətində xeyli irəliləyiş var"


 "Hər 3-4 gündən bir həkimlərin müdaxiləsi olurdu və həmişə nəzarətdə saxlanılırdı". 

Bu sözləri Publika.Az-a açıqlamasında Azərbaycanın Almaniyadakı səfirliyinin müşaviri Rizvan Nəbiyev deyib: 


"Bu əməliyyatda əsas diqqət onun sağ ayağına yönəldilib. Ayağına daxildən elastik sabitləşdirici millər yerləşdirilib. Həmin millərin funksiyası ondan ibarətdir ki, sümüklər təbii formada-düz bitişə bilsin. Sol ayaq isə müalicəyə həkimlərin düşündüyündən də yaxşı reaksiya verir. İkinci əməliyyat zamanı onun baş hissəsindən nazik dəri götürülmüşdü və sol ayağının daban hissəsinə tikilmişdi. Hazırda həmin hissənin bitişməsi və başındakı yaranın sağalması qənaətbəxşdir. Yəni bədənin müalicəyə reaksiyası normaldır".


Onun sözlərinə görə, hər iki ayaqda həyat üçün təhlükəli sayılan infeksiya probleminin böyük bir hissəsi aradan qaldırılıb: "Həmçinin sağ əlindəki sarğılar da açılıb. Ən əsas irəliləyiş isə onun ayağının dizdən aşağı hissəsində baş verib. İmran xəstəxanaya yerləşdirildiyi gündən həkimlər dizdən aşağı hissənin qamətini saxlaması üçün çalışırdı və buna təbii formada nail oldular. Qeyd edim ki, onun valideynləri də artıq şokdan çıxır. Hadisənin baş verdiyi gündən etibarən İmranın səhhətində xeyli irəliləyiş var. Əvvəl sarğılar da narkozla açılırdı. Lakin indi sadəcə keyləşdirici vasitəsilə açılır. Sevindirici hal odur ki, önümüzdəki günlərdə İmranla bağlı əməliyyat planlaşdırılmayıb".


Xatırladaq ki, iyulun 21-də Xaçmaz rayonunda yerləşən "Nabran Holiday Village" akvaparkının hovuzunun nasos sistemi İmran Cəfərzadəyə ağır xəsarət yetirib. Borunun ağzında qoruyucu barmaqlıq olmadığından uşaq sağ ayağının dizdən aşağı hissəsi və sol ayağının dabanını itirib.


Sizin Reklam Yeriniz