Əlaqə Arxiv
news Image
2013.08.13
16:57
| A A A
Boş qalan plan yerlərinə sənəd qəbulu davam edir

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası  (TQDK) tərəfindən ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə sənəd qəbulu davam edir. TQDK-nın mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, hazırda ali təhsil müəssisəsinin boş qalan plan yerlərinə keçirilən müsabiqədə 1304 nəfər sənəd verib. Qeyd edək ki, 2013/2014-cü tədris ili üzrə Azərbaycanda ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul 60 proqram üzrə aparılıb və 6794 plan yeri ayrılıb. Bu il magistraturalara qəbul olmuş 5765 bakalavrın 85,74 faizi, yəni 4943-ü qeydiyyatdan keçib. Qəbul imtahanlarının nəticələrinə əsasən 1851 plan yeri boş qalıb. Müsabiqəyə sənəd qəbulu 14 avqust saat 09.00-da bitəcək.

 

Sizin Reklam Yeriniz