Əlaqə Arxiv
news Image
2013.08.14
16:24
| A A A
10 yaşlı uşaq Kür çayında boğuldu

Onun cəsədi tapılaraq sudan çıxarılıb

Azərbaycanda 10 yaşlı uşaq çayda batıb. Mövqe.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, bir nəfər Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsinə (ən yaxın sularda xilasetmə məntəqəsindən təxminən 10 km məsafədə, nəzarət olunmayan ərazidə) düşüb. Dərhal FHN-in xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Müəyyən olunub ki, çaya düşən 2002-ci il təvəllüdlü Şahin Ceyhun oğlu Şahquliyevdir. Dalğıc-xilasedicilər tərəfindən aparılan axtarışlar nəticəsində Ş.Şahquliyevin cəsədi tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 13:02-də başa çatıb.

Sizin Reklam Yeriniz