news Image
2013.08.14
16:34
| A A A
Masazır qəbiristanlığında qəbir yeri cəsəd qarışıq satılıb

Masazır qəbiristanlığında tükürpədici hadisə baş verib. Qəbir yeri cəsəd qarışıq satılıb. Movqe.az AZADİNFORM -a istinadən xəbər verir ki, iki il əvvəl bu qəbiristanlıqda dəfn edilmiş Quliyeva Qarogöz Vüqar qızının məzarını ziyarət etməyə gedən yaxınları gördükləri mənzərədən şoka düşüblər. Çünki onların doğmalarının uyuduğu məzar artıq yerində yoxdur, daha doğrusu yerindədir, amma onlara məxsus deyil. 

Quliyevlər özlərinə məxsus məzarın yerində başqa bir məzarla qarşılaşıblar. Sonradan aydın olub ki,  Masazır kənd bələdiyyəsinin sədri Siyanfər Əliyev tərəfindən Quliyeva Qaragöz Vüqar qızına məxsus başdaşı da dağıdılıb, məzarın üzəri isə daş lövhələrlə üzlənərək məzar yeri kimi imkanlı bir iş adamına satılıb. 

Məsləyə münasibət bildirən Masazır bələdiyyəsinin sədr müavini Söhbət Məmmədov AZADİNFORM-a müsahibəsində qeyd edib ki, Quliyeva Qarogöz Vüqar qızının məzarı yaxınlığında başqa bir nəfər də dəfn olunub: "Həmin məzarın sahibi ətrafı, Quliyeva Qarogöz Vüqar qızının məzarını da hasara alıb. Bu proseslər baş verən zaman mən burada olmamışam. Ərazini hasara alan adamı tapmışıq və problem həll olunacaq."

S.Məmmədov Quliyeva Qarogöz Vüqar qızına məxsus baş daşı və sinə daşının dağıdılmadığını bildirsə də qəbiristanlıqda çəkdiyimiz fotolar şikayətçi tərəfin haqlı olduğunu göstərir. Belə ki, nə qəbir var, nə da baş daşı...  

İndi mənəvi cəhətdən təhqir olunmuş ailə müvafiq qurumların qapısına ayaq döyür. Məzar və cəsəd biznesi ilə məşğul olan bələdiyyə sədri isə heç nə olmamış kimi yenə öz işindədir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs