Əlaqə Arxiv
news Image
2013.08.15
11:54
| A A A
Kürdəxanıda baş verən yol qəzasında 6 nəfər xəsarət alıb
Azərbaycanda baş verən yol qəzasında 6 nəfər xəsarət alıb

Abşeron Rayon Polis Şöbəsindən  Movqe.az-a verilən məlumata görə, yol nəqliyyat hadisəsi Kürdəxanı yolunda qeydə alınıb. "10-VV-723" dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobillə "90-BM-779" markalı "Hyundai Tucson" markalı avtomobil toqquşub.

 

Qəza nəticəsində 1989-cu il təvəllüdlü Orxan Rüfət oğlu Qədimov və qardaşı, 1987-ci il təvəllüdlü Fərid Qədimov, 1987-ci il təvəllüdlü İsgəndər İbrahim oğlu Məmmədov, 1991-ci il təvəllüdlü Rauf Hikmət oğlu Quliyev, 1991-ci il təvəllüdlü Cavid Mirzəhəsən oğlu Cahangirov, 1980-ci il təvəllüdlü Taleh Fərhad oğlu Məmmədov xəsarət alaraq 3 saylı Şəhər Klinik xəstəxanasına yerləşdiriliblər.

 

Faktla bağlı araşdırma aparılır. 


Sizin Reklam Yeriniz