news Image
2013.08.15
10:53
| A A A
Polislər kamera nəzarətinə alınacaq

Polislərin insanlara qarşı zorakılıq etmələri ilə bağlı şikayətlərin artması rəhbərliyin yeni tədbirlər görməsinə səbəb olub


Nyu-York polisi artıq üzərində kamera olmadan küçəyə çıxa bilməyəcək. 

ANS PRESS-in verdiyi məlumata görə, ABŞ-ın Nyu-York ştatında polislərin insanlara qarşı zorakılıq etmələri ilə bağlı şikayətlərin artması rəhbərliyin yeni tədbirlər görməsinə səbəb olub. 


Yeni qaydalara görə, polislərin üzərinə kiçik ölçülərdə olan bədən kameraları yerləşdiriləcək. Rəhbərlik polisin üzərində gəzdirdiyi kameranın bir tərəfdən təhlükəsizlik qüvvələrinə qarşı olan inamı geri qaytaracağını, digər tərəfdən də polisin sərt rəftardan cinayət məsuliyyətinə cəlb edilməsinin qarşısını almaqda faydalı olacağını bildiriblər. 


Hazırda ABŞ-da 3 mindən çox polis zabiti bu kameralardan istifadə edir. 

Federal bölgə məhkəməsinin Nyu York polisi ilə bağlı aldığı bir digər qərar isə polisin "dayandırma və axtarış" səlahiyyətlərini ləğv etmək olub. Ancaq daha sonra bu qərar konstitusiyaya zidd olduğu üçün ləğv edilib. 


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs