Əlaqə Arxiv
news Image
2013.08.15
12:34
| A A A
Prezident "Şəkixanovların evi" ilə tanış olub - FOTO

Prezident İlham Əliyev avqustun 14-də Şəkiyə səfəri çərçivəsində əsaslı təmirdən sonra istifadəyə verilən XVIII əsrə aid tarix-memarlıq abidəsi – "Şəkixanovların evi" ilə tanış olub. APA-nın məlumata görə, dövlət başçısı binanın, Heydər Əliyev və M.F.Axundzadə prospektlərinin bərpadan əvvəlki və sonrakı görüntülərini əks etdirən stendlərə baxıb.

 

Bina ilə tanış olan prezident İlham Əliyevə məlumat verilib ki, "Şəkixanovların evi"nin bərpası işlərinə 2012-ci ilin noyabrında başlanılıb. Altı otaqdan, dörd dəhlizdən və iki eyvandan ibarət bina çiy kərpicdən tikilib, pəncərələri şəbəkə üsulu ilə düzəldilib. Ərazisi 700 kvadratmetr olan binanın inşası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında aparılıb.

 

Diqqətə çatdırılıb ki, XVIII əsrə aid tarixi abidə olan "Şəkixanovların evi" ilk dəfədir təmir edilir. Bərpa işləri həyata keçirilərkən binanın tarixi görkəmi saxlanılıb. İkimərtəbəli binanın əsas otağında milli ornamentlərə uyğun olaraq Azərbaycan tarixini əks etdirən şəkillər və tarixən bu ərazilərdə yaşayan xalqların nümayəndələrinin portretləri əks olunub.

Prezident İlham Əliyev görülən işlərdən razılığını bildirib.

 

Xatırladaq ki, dövlət başçısı 2006-cı il aprelin 13-də xanımı Mehriban Əliyeva ilə birlikdə Şəkidə olarkən "Şəkixanovların evi"nin əsaslı təmiri ilə bağlı göstəriş verib. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə abidənin bərpası Dövlət Proqramına daxil edilib və bu məqsədlə vəsait ayrılıb.

 

Sizin Reklam Yeriniz