Əlaqə Arxiv
news Image
2013.08.15
14:39
| A A A
Bakıda Qarabağı Ermənistan ərazisi kimi göstərən qlobuslar satılırmış

Dağlıq Qarabağın Azərbaycanın deyil, Ermənistanın ərazisi kimi göstərən qlobuslar Çində istehsal olunur


Dəftərxana ləvazimatları satmaq üzrə ixtisaslaşan "Nil" türk mağazalar şəbəkəsi Azərbaycan ərazilərinin sərhədlərini təhrif edən qlobusların satışını dayandırıb. Bu barədə şirkətdən Gün.Az-a məlumat verilib.


"Qlobuslarda Azərbaycan ərazilərinin sərhədlərinin təhrif olunduğu aşkar edilən kimi biz onların satışını dərhal dayandırdıq", - deyə şirkətdən bildiriblər.

Həmçinin qlobusların Çin istehsalı olduğu qeyd olunub.

"Qlobuslar tədarük olunan zaman biz bu səhvə diqqət yetirməmişik. Artıq Çin istehsalı olan qlobuslardan imtina etmişik. Bu mal Türkiyədən idxal olunacaq", - deyə şirkətdən bildiriblər.


Xatırladaq ki, əvvəllər KİV "Nil" mağazalar şəbəkəsinin Dağlıq Qarabağın Azərbaycanın deyil, Ermənistanın ərazisi kimi göstərildiyi qlobusları satmaqla məşğul olması barədə məlumat yaymışdı.

Sizin Reklam Yeriniz