Əlaqə Arxiv
news Image
2013.08.15
15:54
| A A A
“İnstagram Azərbaycan” üzr istədi

"Yerləşdirdiyimiz manat əskinasları sadə bir dizaynerin əl işidir"


 "İnstagram Azərbaycan" yanlış informasiyaya görə üzr istədi. ANS PRESS-in  verdiyi xəbərə görə, məlumatın yalnış olduğu və bu şəkillərin manatın 2014 dizaynı olmadığı bildirilir. "Əziz dostlar bir qədər əvvəl yerləşdirdiyimiz manat əskinasları sadə bir dizaynerin əl işidir. Heç də yeni 2014 dizaynı deyil. Dezinformasiyaya görə üzr istəyirik".


Qeyd edək ki, bu sosial şəbəkədə yayılan yeni əskinasların üzərində Azərbaycanın görkəmli şəxsiyyətlərinin fotoları əks olunub. 1 manatlıq əskinasın üzərinə Üzeyir Hacıbəyovun, 5 manatın üzərində Nizami Gəncəvinin, 10 manatın üzərin isə Hacı Zeynalabdin Tağıyevin, 20 manatın üzərində Vaqifin, 50 manatın üzərindəYusif Məmmədəliyevin fotosu əks olunub. Yeni 100 manatın üzərində isə mərhum prezident Heydər Əliyevin fotosu həkk olunub.

Sizin Reklam Yeriniz