Əlaqə Arxiv
news Image
2013.08.15
17:30
| A A A
Ər arvadının başını kəsdi

Bu gecə Ağcabədidə ailədə dəhşətli qətl hadisəsi baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Kəbirli kənd sakini 1978-ci il təvəllüdül Saməddin Hacıyev həyat yoldaşı 21 yaşlı Ramizə Hacıyevanın başını kəsib.

Rayon polis şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə qısqanclıq zəminində baş verib. Gecə həyat yoldaşını yaşadığı evin arxasına aparan Saməddin Hacıyev burada onun başını kəsib. 

Verilən məlumata görə, hadisə zamanı o içkili olub. Hadisədən sonra isə bu barədə anasına məlumat verib. Sonradah isə qaçaraq gizlənib. Lakin polisin keçirdiyi əməliyyta zamanı Saməddin Hacıyev yaxalanıb.

Qeyd edək ki, ailənin 2 azyaşlı övladı var.


Sizin Reklam Yeriniz