news Image
2013.08.15
17:38
| A A A
Zahid Oruc Ana Vətən Partiyasından çıxarılıb

Ana Vətən Partiyasının (AVP) Mərkəzi Nəzarət Təftiş Komissiyasının 15 avqust 2013-cü ildə keçirilən iclasında AVP Ali Məclisin üzvü Zahid Orucun prezident seçkilərində iştirakı ilə bağlı məsələ müzakirə olunub.  Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, qeyd edilib ki, prezident seçkilərində iştirak Zahid Orucun konstitusion hüququdur və partiya onun bu hüququna hörmətlə yanaşır.  Məlumatda deyilir ki, Ana Vətən Partiyasının rəhbər orqanlarında təmsil olunan Zahid Oruc partiyanın VI Qurultayının prezident seçkilərində İlham Əliyevin namizədliyinin dəstəklənməsi və irəli sürülməsi haqqındakı qərarından məlumatlı olub. "O, partiyanın mərkəzi qurumlarını məlumatlandırmadan prezidentliyə namizədliyini irəli sürüb, beləliklə, partiyanın VI Qurultayının iradəsinə qarşı çıxmış və partiya nizamnaməsinin bir neçə müddəalarını pozub. Ana Vətən Partiyasının MNTK Zahid Orucun partiya sıralarından azad olunması haqqında qərar qəbul edib. Partiya Z.Oruca  bundan sonrakı fəaliyyətində uğurlar arzulayır və yaranmış problemi bitmiş hesab edir", – deyə məlumatda bildirilir. 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs