news Image
2013.08.16
11:18
| A A A
Bakının bir sıra rayonunda qaz olmayacaq

Bu gün Bakının Xəzər, Xətai, Binəqədi, Suraxanı, Sabunçu, həmçinin ölkənin Abşeron, Quba, Şamaxı, Tərtər, rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyindən Movqe.az-a verilən məlumata görə, təmir işləri ilə əlaqədar avqustun 16-da saat 18:00-dək Dilman-Şərədil xətti istisna olmaqla, "Şamaxı" Avtomatik Qazpaylayıcı Stansiyasında, "Quba" Qazpaylayıcı Stansiyasında, saat 10:00-dan "Hövsan" Qazpaylayıcı Məntəqəsindən Hövsan qəsəbəsinə gedən qaz kəmərində, saat 10:00-dan 15:00-dək "Tərtər" Qazpaylayıcı Stansiyasından qidalanan "Tərtər" ölçü qovşağında, saat 10:00-dan 16:00-dək "Türkan-1" Qazpaylayıcı Stansiyasından Türkan qəsəbəsinə gedən qaz kəmərində, saat 10:00-dan 17:00-dək "Yeni Binə" Qazpaylayıcı Stansiyasından Binə qəsəbəsinə gedən qaz kəmərində, "Zığ" Qazpaylayıcı Stansiyasından qidalanan 273 mm-lik yeraltı orta təzyiqli qaz kəmərində, saat 10:00-dan 18:00-dək "Alatava" Qazpaylayıcı Stansiyasından qidalanan "Tbilisi prospekti" orta təzyiqli qaz kəmərində, saat 10:00-dan 19:00-dək isə "Bolqarıstan" Qazpaylayıcı Stansiyasından qidalanan "Bolqarıstan sovxozu" ölçü qovşağında təbii qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Quba rayonuna, Şamaxı şəhəri də daxil olmaqla rayonun Meysəri, Xınıslı kəndləri və Şəhriyar qəsəbəsinə, Xəzər rayonunun Binə, Türkan qəsəbələrinə, Xətai rayonunun Əhmədli qəsəbəsinin bir hissəsinə, Suraxanı rayonunun Hövsan qəsəbəsinə, Tərtər rayonunun bir hissəsinə, Sabunçu rayonunun Maştağa qəsəbəsinə, Binəqədi rayonunun Rəsulzadə qəsəbəsinə, Xutor adlanan yaşayış sahəsinə, 6,7,8 və 9 mikrorayonlara təbii qazın verilişində fasilələr yaranacaq.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs