news Image
2013.08.16
11:19
| A A A
Bakıda yöndəmsiz tikililərin söküntüsünə başlanıb

Bakıxanov qəsəbəsində yenidənqurma işləri aparılır

Sabunçu rayonunun Bakıxanov qəsəbəsinin Y.Əliyev, M.Fətəliyev, S.Mehmandarov küçələrində yenidənqurma və abadlıq işləri aparılır. Rayon icra hakimiyyətindən AzərTAc-a bildirilib ki, həmin küçələrdə tikinti norma və qaydalarına cavab verməyən onlarla yöndəmsiz obyekt, eyvan, hasar, qaraj və çəpərlər sökülüb. Xüsusi layihələr əsasında binaların fasadları üzlənmiş, qapı və pəncərələr dəyişdirilməklə yastı dam örtükləri hündür metal örtüklərlə əvəz olunub. Artıq bu binalardan 18-də üzlənmə, 14-də isə dam örtüyünün vurulması işləri başa çatdırılıb, 11-də isə iş davam etdirilir.


Eyni zamanda, metronun "Koroğlu" stansiyasından "Atəşgah" dairəsi istiqamətində yolun sağ tərəfində yaşıllıq zolağının salınması və abadlaşma işləri davam etdirilib. Bu işlər Bakıxanov dəmiryolu keçidindən Sabunçu qəsəbəsinə tərəf körpüyə qədər yolun hər iki tərəfində də aparılmış və ərazi tam abadlaşdırılıb. 


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs