Əlaqə Arxiv
news Image
2013.08.16
12:29
| A A A
Bakıda yük maşını aşıb

Hadisə nəticəsində sürücü xəsarət almasa da, maşınına ciddi ziyan dəyib

Paytaxtın Heydər Əliyev prospektində yük maşını aşıb. APA-nın məlumatına görə, "90 CZ 494" dövlət nömrə nişanlı "Mercedes" markalı yük maşınının aşmasına səbəb daşıdığı mebellər olub. Yük maşınının sürücüsü Fərhad Cəbiyevin sözlərinə görə, yüklü mebel materialları yerini dəyişib. "Mercedes"ın bir tərəfində ağırlıq çox olub, bu da, sərt döngədə maşının aşmasına səbəb olub. 


Aşan yük maşınındakı mebel materialları başqa maşına yüklənib. Hadisə nəticəsində sürücü xəsarət almasa da, maşınına ciddi ziyan dəyib. 

Xətai Rayon Dövlət Yol Polisi Şöbəsindən bildirildi ki, faktla bağlı araşdırma aparılır.


Sizin Reklam Yeriniz