Əlaqə Arxiv
news Image
2013.08.16
12:57
| A A A
Ukrayna və Türkiyə kanalları «Azerspace-1» üzərindən yayımlanmağa başladı

Hazırda milli peyk vasitəsilə 50-dən artıq kanal yayımlanır

Azərbaycanın ilk milli telekommunikasiya peyki "Azerspace-1" üzərindən yerli və xarici televiziya və radio kanallarının yayımı genişlənir.


ANS PRESS-in Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, son günlərdə Ukraynanın dövlət televiziyası olan "UTR" kanalı və Türkiyənin "VTV Antalya" kanalı "Azerspace-1" peyki üzərindən yayımlanmağa başlayıb.


Hazırda milli peyk vasitəsilə 50-dən artıq kanal yayımlanır və yaxın gələcəkdə yayıma yeni kanalların qoşulması gözlənilir.


Sizin Reklam Yeriniz