news Image
2013.08.16
10:58
| A A A
Azərbaycan XİN-dən Misirlə bağlı həmvətənlərimizə çağırış-Eksklüziv

Misirdə vəziyyət gərgin olaraq qalır.  "Əl-Cəzirə" telekanalının Misirin Səhiyyə Nazirliyinə istinadən yaydığı xəbərə görə, Misir ordusu tərəfindən keçmiş prezident Məhəmməd Mursi tərəfdarlarının nümayişlərinin dağıdılması nəticəsində ölənlərin sayı 638 nəfərə çatıb. Misirdə kütləvi iğtişaşların şiddətlənməsindən qorxuya düşən xarici turistlər artıq ölkəni tərk etməyə başlayıblar. Mövqe.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu gün Finlandiya vətəndaşlarının təxliyyəsi barədə bəyanat verib. Hakim dairələr bu qərara Misirdəki vəziyyətlə əlaqədar gəliblər. Artıq bu bazar günü "Tyareborq" turizm şirkəti təxminən 100 nəfər müştərisini təxriyyə etməsinə söz verib. Həm də tur-operator sentyabr-oktyabr aylarına Misirə olan turları ləğv edib. Başqa bir şirkət "FİNNMATKAT" 135 nəfər turistini bazarertəsi ölkədən çıxarmağı planlaşdırır və oktyabr ayına kimi Misirə turları dayandırıb. Rusturizm bütün tur agentlərə Misirə tur paket satışının dayandırılması barədə tapşırıq verib. Bundan başqa Rusiya Xarici işlər nazirliyi vətəndaşlarını Misirə səyahət üçün verdiyi pullarını geri tələb etməyə çağırıb. 

Azərbaycan Xarici İşlər Nazirliyi də, Misirdən məzuniyyət və tətillə əlaqədar ölkəmizə dönən azərbaycanlıları Misirə qayıtmağa tələsməyə çağırır. Azərbaycan XİN-nin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Movqe.az-a açıqlamasında söyləyib ki, hazırda tətil və məzuniyyətlə bağlı ölkəmizdə olan azərbaycanlılar Misirə qayıtmağa tələsməsinlər: "Azərbaycan XİN-nin tövsiyyəsi odur ki, həmin vətəndaşlar Misirə getməyi ertələsinlər. Düzüdür hazırda bizim Misirdə həmvətənlərimiz var. Amma onlara da xəbərdarlıq edilib ki, iğtişaş baş verən ərazilərdən kənar olsunlar. Və həmin həmvətənlərimizlə daim əlaqə saxlanılır. Bununla belə Azərbaycan XİN öz vətəndaşlarını Misirə qayıtmağı mümkün qədər təxirə salmağı, bu ölkəyə qayıtmağa tələsməməyə səsləyir".

E. Abdullayev Misirdə dövlət xəti ilə təhsil alan tələbələrin hələki tətildə olduqlarını, tələbələrlə bağlı narahatçılığın olmadığını söyləyib. 

 


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs