Əlaqə Arxiv
news Image
2013.08.16
12:00
| A A A
İxtisas seçiminin nəticələri avqustun 18-də açıqlanacaq
Ali təhsil müəssisələrinə ixtisas seçimi başa çatıb. Movqe.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən xəbərə görə, y

erləşdirmənin nəticələrinin avqustun 18-dək elan olunması nəzərdə tutulur: "

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə 2013/2014-cü tədris ili üçün keçirilmiş qəbul imtahanlarının nəticələrinə əsasən müsabiqə şərtlərini ödəyən abituriyentlərin ixtisas seçimi avqustun 16-da saat 11:00-da başa çatıb. 36166 abituriyent ixtisas seçimi ərizəsini təsdiqləyib. I qrupda 11447, II qrupda 10292, III qrupda 10711, IV qrupda 3716 nəfər ixtisas seçimi ərizəsini dolduraraq təsdiq edib".Qeyd edək ki, müsabiqə şərtlərini ödəyən abituriyentlər avqustun 6-dan etibarən internet vasitəsilə ixtisas seçimi edirdilər. Ali məktəblərə qəbulun nəticəsi isə 3 gün ərzində məlum olacaq.". 
Sizin Reklam Yeriniz