Əlaqə Arxiv
news Image
2013.08.16
13:21
| A A A
Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından isti hava ilə bağlı xəbərdarlıq-Özəl
Oqtay Şahmalıyev: "Ötən ay isə günvurma diaqnozu ilə əlaqədar 20 nəfər müraciət edib"

Aqust ayının ilk onbeşgünlüyündə Bakıda bir günvurma hadisəsi qeydə alınıb. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyanın (BŞTTTYS) baş həkiminin operativ işlər üzrə müavini Oqtay Şahmalıyevin Movqe.az-a verdiyi məlumata görə,  son günlər havaların isti keçməsi nəticəsində BŞTTTYS-ə günvurma diaqnozu ilə bir nəfər müraciət edib: "Həmin xəstəyə dərhal tibbi yardım göstərilərək xəstəxanaya yerləşdiriliblər. Ötən ay isə günvurma diaqnozu ilə əlaqədar 20 nəfər müraciət edib". 

O. Şahmalıyev  bildirib ki, sabahdan havaların daha da isti keçəyi proqnozlaşdırıldığından, əhaliyə isti havalarda ehtiyatlı olmaq tövsiyyə edilir: "Xüsusilə  yaşlı insanların və azyaşlı uşaqların bu cür hava şəraitində açıq havaya çıxmaması məsləhətdir . İnsanlar isti günlərdə günvurmanın qurbanı olmamaq üçün hava şəraitinə uyğun geyinməli, qidalanmalı, gəzintiyə çıxmalıdırlar. Biz məsləhət görürük ki, insanlar səhər saat 11:00-dan axşam saat 18:00-a dək açıq havada gəzməkdən mümkün qədər çəkinsinlər. Eyni zamanda geyimlərində ağ paltarlara, ağ baş örtüklərinə üstünlük versinlər. Bundan əlavə günvurmanın əsas amillərindən olan bədəndə su balansını qoruyub saxlasınlar. Məlumdur ki, günvurmanın əsas səbəbi kimi bədəndə mayenin itirilməsi göstərilir. Ona görə də, isti hava şəraitində gün ərzində ən azı iki-üç litr maye qəbul etsinlər. Qidalarından isə ağır yeməkləri çıxardıb daha çox ağartı, meyvə, tərəvəz məhsullarına üstünlük versinlər".

O. Şahmalıyev isti havalarda çimərliyə üz tutanları da ehtiyatlı olmağa çağırdı: "Bəzən insanlar elə bilirlər ki, suda onları gün vura bilməz. Amma əksinə, süda günvurma daha tez baş verir. Ona görə də,  səhər saat 11:00-dan axşam saat 18:00-a dək dənizdə çimməkdən çəkinmək məsləhətdir. Azyaşlı uşaqlar və yaşlı insanlar günvurmaya daha həssas olduqlarından bu saatlarda onların çimərliyə üz tutması qəti məsləhət deyil".

Xatırladaq ki,sabah Azərbaycanın bəzi ərazilərində havanın temperaturu 40 dərəcə isti təşkil edəcək.

Sizin Reklam Yeriniz