Əlaqə Arxiv
news Image
2013.08.16
14:39
| A A A
Təhsil nazirliyində yeni təyinatlar olub
Təhsil naziri yeni müşavir təyin etdi

Mövqe.az-ın verdiyi xəbərə görə, təhsil nazirinin müvafiq əmrinə əsasən Elxan Hüseynov təhsil nazirinin müşaviri, Rəcəb Səttarov Təhsil Nazirliyi Təhsilin statistikası və keyfiyyətin qiymətləndirilməsi şöbəsinin müdir müavini vəzifəsinə təyin edilib. 


Elxan Hüseynov Azərbaycan Dövlət Universitetinin mexanika–riyaziyyat fakültəsini bitiribr. 1985-ci ildə Azərbaycan Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə etmiş, 1994-cü ildə dosent elmi adı almışdir. 1991-1995-ci illərdə Bakı Dövlət Universitetinin fəlsəfə kafedrasının dosenti, 1995-ci ildən BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, 1999-2002-ci illərdə isə birinci prorektor - tədris işləri üzrə prorektor vəzifələrində çalışmışdır. 2002-2010-cu illərdə Azərbaycan Respublikasının Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri olmuşdur. 2010-2011-ci illərdə BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsində işləmişdir.


Təhsil Nazirliyi Təhsilin statistikası və keyfiyyətin qiymətləndirilməsi şöbəsinin müdir müavini vəzifəsinə təyin olunan Rəcəb Səttarov isə Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsini bitirib. 1979-1981-ci illərdə Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstitutunun fəlsəfə kafedrasında assistent vəzifəsində çalışıb. 1981-1984-cü illərdə Azərbaycan Dövlət Universitetinin əyani aspiranturasında oxuyub. 1985-ci ildə namizədlik dissertasiyasını müdafiə edib. Həmin ildən etibarən Bakı Dövlət Universitetində müxtəlif vəzifələrdə çalışıb. Hazırda BDU-nun fəlsəfə kafedrasının dosentidir.


Məlumatda bildirlir ki, uzun illər ali təhsil sahəsində çalışmış, yüksək səviyyəli mütəxəssis kimi tanınan hər iki şəxs Təhsil Nazirliyinin ali təhsil sahəsində həyata keçirdiyi islahatların reallaşdırılması istiqamətində fəaliyyət göstərəcəklər.


Sizin Reklam Yeriniz