news Image
2013.08.16
15:44
| A A A
Sahibkarlarımıza 212 mln. manat həcmində güzəştli kreditlər verilib

Bu gün Azərbaycanın İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini Goranboy rayonunun Qızılhacılı qəsəbəsində keçirib.


Tədbirdə Goranboy və ətraf rayonlarda fəaliyyət göstərən 120-ə yaxın sahibkar iştirak edib.

Nazirlikdən  verilən məlumata görə, "Sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbiri çərçivəsində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Goranboy rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılıb və Fond tərəfindən prioritet hesab olunan müasir heyvandarlıq kompleksinin, kiçik və orta həcmli istixana, pambıqçılıq və intensiv bağçılıq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

SKMF-nın icraçı direktoru Şirzad Abdullayev bildirib ki, bu ilin ötən dövrü ərzində 2 753 investisiya layihəsinin maliyyələşdirilməsinə 211,9 mln. manat güzəştli kredit verilib: "Bu layihələrin reallaşdırılması 8 500-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla, indiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 3 200-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 119,9 mln. manat güzəştli kredit verilib.

Tədbirin sonunda Goranboy rayonu və ətraf rayonlarda fəaliyyət göstərən 48 sahibkar 2,9 mln. manat güzəştli kredit alıb. Verilmiş kreditlər əsasən, heyvandarlıq, pambıqçılıq, çörək istehsalı, quşçuluq, mebel istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlər hesabına 120-yə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur. (APA)

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs