Əlaqə Arxiv
news Image
2013.08.16
16:48
| A A A
Gəncədə taksi sürücüsünü müştərilər qətlə yetirdi
Gəncədə müştərilər taksi sürücüsünü qətlə yetirib. Hadisə ötən gün 21:00 radələrində Gəncə şəhəri Atatürk prospekti bina 8-in yaxınlığında baş verib. 

Samux rayon Karayeri kənd sakini 25 yaşlı Nail Ağayev taksi fəaliyyəti ilə məşğul olarkən müştəriləri tərəfindən təzyiqə məruz qalıb. Belə ki, taksinin xidmətindən istifadə edərək ödəniş etmək istəməyən şəxslər sürücü Nail Ağayevlə mübahisə edib daha sonra onu bıçaqlayıblar.

Ağır bədən xəsarətləri alan yaralı elə hadisə yerindəcə dünyasını dəyişib. Gəncə şəhər Prokurorluğunda baş vermiş bıçaqlanma hadisəsilə bağlı cinayət işi açılıb. Hazırda hadisənin kimlər tərəfindən törədildiyi istintaq sirri olduğundan ictimaiyyətə açıqlanmır. (ANSPRESS.COM)
Sizin Reklam Yeriniz