news Image
2013.08.16
16:16
| A A A
Baş Prokurorluq işə qəbulla əlaqədar müsabiqə keçirir

Azərbaycan Respublikasının Baş Prokurorluğu işə qəbulla əlaqədar müsabiqə elan edib. Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, prokurorluq orqanlarına qulluğa qəbul olunmaq arzusunda olan şəxslər üçün 100 ştat vahidi üzrə növbəti müsabiqə elan olunub. Sənədlər Baş Prokurorluğun qəbul otağında (Bakı şəhəri, Nigar Rəfibəyli küçəsi, 7) sentyabrın 2-dən oktyabrın 31-nə qədər hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10.00-dan saat  17.30-dək qəbul ediləcək.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs