Əlaqə Arxiv
news Image
2013.08.16
19:12
| A A A
Məmur arvadını qətlə yetirən cani tapıldı

Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş daha bir ağır cinayətin isti izlərlə açılması təmin edilib. Baş Prokurorluğun mətbuat xidmətindən Movqe.az-a bildiriblər ki, avqustun 14-də saat 13.00 radələrində Abşeron rayonunun Hökməli qəsəbə sakini Elmira Dadaşovanın yaşadığı Ə.Vahid küçəsi, 33 saylı evdə kəsici-deşici alətlə yetirilməyə xarakterik çoxsaylı xəsarətlərlə meyiti aşkar edilmişdir. Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, cinayətin açılması üçün təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş Abşeron rayonu, Hökməli qəsəbə sakini, 1982-ci il təvəllüdlü Abbasov Əlaqif Arif oğlu saxlanılmışdır. O, törətdiyi cinayət əməlini etiraf edərək cinayətin aləti olan bıçağı istintaqa təqdim etmişdir.
Hazırda iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir. Qeyd edək ki, avqustun 14-də Hökməli qəsəbəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Aqil Dadaşovun həyat yoldaşı qətlə yetirilib.

Sizin Reklam Yeriniz