Əlaqə Arxiv
news Image
2013.08.17
15:47
| A A A
Sabah Azərbaycanda çimərlik havası olacaq
Ölkə ərazisində 40 dərəcəyədək isti gözlənilir Sabah Azərbaycanın bəzi ərazilərində havanın temperaturu 40 dərəcə isti təşkil edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Movqe.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında avqustun 18-də havanın az buludlu, yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz çənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 21-25, gündüz 33-38 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında avqustun 18-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24, gündüz 33-38, bəzi yerlərdə 40, dağlarda gecə 11-16, gündüz 23-28, bəzi yerlərdə 30 dərəcə isti olacağı gözlənilir
Sizin Reklam Yeriniz