Cəzaçəkmə müəssisələrində nəzarət gücləndirilib
Həbsxanalara spirtli içki, mobil telefon və narkotik keçirilməsinin qarşısı alınıb
Cəzaçəkmə müəssisələri və istintaq təcridxanalarında saxlanılan
şəxslərə qadağan olunan əşyaların ötürülməsi, həmçinin belə
əşyaların qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam
etdirilir. Mövqe.az Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə
istinadən xəbər verir ki, aparılan əməliyyat və axtarış-baxış
tədbirləri ilə yanaşı bu əməllərlə bağlı məsuliyyəti müəyyən edən
"Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr
və dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının
25.07.2007-ci il tarixli Qanunu və həmin qanunun tətbiq edilməsi
barədə Azərbaycan Respublikası Prezidentinin 28.12.2007-ci il
tarixli Fərmanının icrası istiqamətində zəruri tədbirlər həyata
keçirilir. Penitensiar müəssisələrdə və istintaq təcridxanalarında
saxlanılan şəxslərlə, habelə onlarla görüşə gələn yaxın qohumları
və digər vətəndaşlarla geniş maarifləndirmə işi aparılır,
qanunvericiliyin mahiyyəti ətraflı izah olunur, yol verilə biləcək
qanun pozuntularının doğuracağı məsuliyyət barəsində müfəssəl
məlumat verilir.
Buna baxmayaraq, məhkumlarla görüşə gələn ayrı-ayrı vətəndaşlar tərəfindən qanunvericiliklə qadağan olunan əşyaların ötürülməsi cəhdləri hələ də mövcuddur. 2013-cü ilin ilk yeddi ayı ərzində Penitensiar müəssisələrdə keçirilmiş əməliyyat-baxış tədbirləri nəticəsində 1756 manat və 50 ABŞ dolları məbləğində pul, 132,5 litr spirtli içki, 353 mobil telefon, 93,367 qram çəkidə müxtəlif narkotik vasitələr aşkar edilərək götürülüb.
Qeyd olunmalıdır ki, həyata keçirilən tədbirlər nəticəsində məhkumlara qadağan edilən əşyaların ötürülməsi cəhdləri ötən illərlə müqayisədə xeyli azalıbr. Bu xüsusilə cəzaçəkmə müəssisələri və istintaq təcridxanalarında saxlanılan şəxslərə müxtəlif yollarla ötürülməsinə cəhd göstərilən nəğd pulun miqdarında daha çox özünü göstərir. Lakin, son vaxtlar bir sıra mətbu orqanlarda xidmət tərəfindən bu sahədə görülmüş tədbirlərin güya bəzi məhkum yaxınlarının narazılıqlarına səbəb olması kimi həqiqəti əks etdirməyən məlumatlar dərc edilib.
Penitensiar xidmət tərəfindən məhkumların puldan istifadə qaydaları ilə bağlı qanunvericiliyin tələblərinin izah edilməsi istiqamətində ardıcıl işlər aparılır. Təəssüf ki, bəzi məhkum və təqsirləndirilən şəxslər, eləcə də onların yaxınları qanunvericiliyin bu sahədəki tələblərini pozmağa cəhd edirlər. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 74-cü maddəsinə əsasən, cəzanın icrası qaydalarını təmin etmək məqsədilə, məhkumlara cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları ilə müəyyən edilən əşyaların ötürülməsi, habelə onlar tərəfindən belə əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi qadağan olunur.
Məhkumlarda, cəzaçəkmə müəssisələrinə daxil olan və çıxan şəxslərdə, habelə məhkumların adına göndərilən bağlama və banderollarda belə əşyalar aşkar edildikdə götürülür və qanunvericilikdə müəyyən edimiş qaydada müvafiq araşdırma aparılır. Saxlanılmasına icazə verilməyən əşya, mallar və ərzaq məhsulları cəzaçəkmə müəssisəsində aşkar edildikdə onlar həmin müəssisənin müdiriyyəti tərəfindən götürülür və belə halda məhkumun hərəkətləri cəzaların icrası qaydalarının pozuntusu kimi qiymətləndirilə bilər. Cəzaların İcrası Məcəlləsində təsbit olunduğu kimi, məhkəmə hökmü ilə təyin olunmuş rejim növündən asılı olaraq məhkumlara ərzaq məhsulları və ən zəruri mallar əldə etmələri üçün müəyyən məbləğdə pul vəsaiti xərcləməyə icazə verilir. Bu isə nağdsız haqq-hesabla məhkumun şəxsi hesabında olan vəsaiti ilə həyata keçirilir.
Cəzaçəkmə Müəssisələrinin Daxili İntizam Qaydalarında isə məhkumların pul vəsaitindən istifadəsi ilə bağlı konkret olaraq göstərilib ki, məhkumdan aşkar edilən pul götürülür və məhkumun şəxsi hesablna keçirilir.
Beləliklə, cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında saxlanılan məhkum və təqsirləndirilən şəxslərlə görüşə gələn vətəndaşlar hər bir penitensiar müəssisənin görüş otağında cəza çəkənlərə ötürülməsinə icazə verilən əşyaların siyahıları ilə diqqətlə tanış olmalı, müəssisə əməkdaşları tərəfindən onlara izah olunan qanunvericiliyin tələblərinə ciddi əməl etməlidirlər.