news Image
2013.08.17
15:04
| A A A
Prezidentliyə iddialı daha bir nəfər sənədləri MSK-ya təqdim edib

"Daha bir nəfər ölkə prezidentliyinə keçirilən seçkilərdə namizədliyini irəli sürüb".

Movqe.az-ın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.


O deyib ki, AMEA Fizika İnstitutunun əməkdaşı, elmlər doktoru, professor, 1950-ci il təvəllüdlü Qüdrət İsaq oğlu İsaqov öz təşəbbüsü ilə prezidentliyə namizədliyini irəli sürərək, bununla bağlıMSK-ya müraciət edib.

M. Pənahov qeyd edib ki, artıq seçki qanunvericiliyinə əsasən namizədliyi təsdiq olunan şəxslər tərəfindən imzatoplama kampaniyasına başlanılıb.

Artıq MSK-da 59 nəfər müşahidəçi qismində üçün qeydə alınıb.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs