Əlaqə Arxiv
news Image
2013.08.17
17:55
| A A A
Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlandı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib. TQDK-nın mətbuat xidmətindən Movqe.az-a verilən xəbərə görə, abituriyentlər yerləşdirmənin nəticələri barədə məlumatı komissiyanın internet saytından, eləcə də mobil telefonla öyrənə biləcəklər. Bunun üçün abituriyentlərin öz iş nömrələrini (bütün mobil operatorlardan) 7727 nömrəsinə göndərmələri kifayətdir. Cari ildə ayrılmış 36537 plan yerinə 33745 abituriyent qəbul olub. Onların siyahısı avqustun 18-də "Abituriyent" jurnalının 6-cı sayında dərc ediləcək. Əyani və qiyabi təhsil forması olan ixtisaslara qəbul olmuş abituriyentlər təhsilalma formasını qəbul olduğu təhsil müəssisəsində qeydiyyatdan keçərkən seçəcək. Ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinin siyahısı "Abituriyent" jurnalının 7-ci sayında dərc olunacaq. Həmin yerlərə ixtisas seçimi avqustun 18-dən 22-dək internet vasitəsilə aparılır. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı, orta ixtisas məktəblərinin ixtisaslarının da kodlarını göstərə bilərlər. (Orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları "Abituriyent" jurnalının 5-ci sayında dərc olunmuşdur).

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tələbə adı qazanmış bütün gəncləri təbrik edib və onlara gələcək təhsillərində müvəffəqiyyətlər arzulayıb.

Sizin Reklam Yeriniz