news Image
2013.08.17
19:30
| A A A
Prezident Balakən və Zaqatala rayonlarına səfər etdi

Azərbaycan prezidenti İlham Əliyev avqustun 17-də Balakən və Zaqatala rayonlarına səfər edib.

APA-nın xəbərinə görə, prezident Balakən Rayon Mədəniyyət Mərkəzinin açılışında iştirak edib və mərkəzlə tanışlıqdan sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Sonra o, Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının inzibati binasının və Katex kəndində inşa olunan soyuducu anbar kompleksinin açılışına qatılıb. Prezident soyuducu anbar kompleksini işə salıb. İ.Əliyev Balakənə səfərini başa çatdıraraq Zaqatalaya gedib. Prezident "Tumurcuq" uşaq bağçasının açılışında iştirak edib. Bağça Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunub. Dövlət başçısı Heydər Əliyev Mərkəzinin binasında tikinti işlərinin gedişi və Zaqatala şəhərinin tarixi mərkəzinin yenidənqurma və bərpadan sonrakı vəziyyəti ilə tanış olub, daha sonra Zaqatala şəhərinə suyun verilməsi mərasimində iştirak edib. İ. Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşərək əlamətdar hadisə münasibətilə onları təbrik edib. Prezident Zaqatala şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsini əks etdirən stendlərə baxıb. Stendlərlə tanışlıqdan sonra İlham Əliyev Zaqatala şəhərinə içməli suyun rəmzi olaraq verilməsini bildirən düyməni basıb. Ölkə rəhbəri Zaqatala rayonuna səfəri çərçivəsində Ələddin Cavadov adına Bəhmətli kənd tam orta məktəbinin yeni binasının açılışına da qatılıb. Məktəb binası Heydər Əliyev Fondunun dəstəyi ilə tikilib.

 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs