news Image
2013.08.18
17:26
| A A A
Həftənin ilk iş gününün hava proqnozu açıqlandı
Həftənin ilk iş günü Azərbaycanda havanın temperaturu nisbətən enəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, Bakıda və Abşeron yarımadasında avqustun 19-da havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bakıda gecə 21-23 dərəcə, gündüz 31-33 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 755 millimetr civə sütunundan 759 millimetr civə sütununa yüksələcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 26-27 dərəcə, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28 dərəcə, Türkan, Hövsan, Şıx, Sahildə 28-29 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında da avqustun 19-da hava əsasən yağmursuz olacaq. Havanın temperaturunun gecə 16-21, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir. Dağlarda gecə 14-19 dərəcə, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs