Əlaqə Arxiv
news Image
2013.08.19
02:55
| A A A
Nazirlikdən aksiya ilə bağlı açıqlama

Daxili İşlər Nazirliyi bu gün Bakıda keçirilən aksiyaya münasibət bildirib. Nazirliyin mətbuat xidmətindən APA-ya bildirilib ki, aksiya insidentsiz ötüşüb: "Bu gün özlərini Demokratik Qüvvələrin Milli Şurasını adlandıran təşkilat Bayıldakı 20-ci sahədə yerləşən sürücülük məktəbinin həyətində Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış aksiya keçirib. Aksiya insidentsiz ötüşüb. Aksiyanın keçirildiyi zaman ictimai asayişin və hüquq qaydasının kobud pozulması hallarına yol verilməyib".

Sizin Reklam Yeriniz