news Image
2013.08.19
10:47
| A A A
Azərbaycanda hərbiçinin ölümü ilə nəticələnən yol qəzası baş verib

Ucarda ölümlə nəticələnən yol qəzası baş verib.


APA-nın yerli bürosunun məlumatına görə, hadisə bu gün səhər saat 07.00 radələrində Bakı-Qazax yolunun Ucar rayonunun Alpı kəndindən keçən hissəsində qeydə alınıb.

 Yüksək sürətlə hərəkət edən "VAZ 21010" markalı minik maşını ilə "KamAZ" markalı yük maşınının toqquşması nəticəsində minik maşının sürücüsü, 1985-ci il təvəllüdlü Heydərov Hafiz Ənvər oğlu dünyasını dəyişib.

 

Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları maşında sıxılmış vəziyyətdə qalan meyiti çıxararaq, aidiyyəti üzrə təhvil veriblər.

 Məlumata görə, H. Heydərov Kürdəmir rayonu ərazisində yerləşən hərbi hissədə xidmət edirmiş.

 

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs