news Image
2013.08.19
10:56
| A A A
Balakəndə dəhşətli yol qəzası

Yevlax-Zaqatala-Gürcüstan magistral yolunda baş verən yol qəzasında bir nəfər ölüb, iki nəfər isə xəsarət alıb.


Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsindən APA-ya verilən məlumata görə, bir nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 154-cü kilometrliyində, Balakən rayonu Poçtbinə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Balakən rayonu Qullar kənd sakini, 1989-cu il təvəllüdlü Dibirov Orxan Qürbət oğlu idarə etdiyi "VAZ 21154" markalı, 90 NC 181 nişan dövlət nömrəli avtomobillə Gürcüstan Respublikası istiqamətində hərəkətdə olarkən avtomobil hərəkət istiqamətini itirərək yolun kənarındakı ağaca çırpılıb.

 

Qəza nəticəsində sürücü O. Dibirov hadisə yerində ölüb.

 

Avtomobildə olan sərnişinlər - Orxan Dibirovun həmkəndliləri, 1978-ci il təvəllüdlü Yetimov Mahamarəsul Rəsul oğlu və 1993-cü il təvəllüdlü Xanpəriyev Məhəmməd İlham oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən Mərkəzi Rayon Xəstəxanasına (MRX)  yerləşdiriliblər.

 

Balakən MRX-dan APA-ya verilən məlumata görə, onların vəziyyəti orta-stabildir.

 

Faktla bağlı DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi başlayıb, araşdırma aparılır.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs