Əlaqə Arxiv
news Image
2013.08.19
12:22
| A A A
Bu gün yağış yağacağı gözlənilir

Bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Temperaturun gecə 19-24°, gündüz 29-34° isti, Bakıda gecə 21-23° isti, gündüz 31-33° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 755 millimetr civə sütunundan 759 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 faiz, gündüz 40-50 faiz təşkil edəcək. 


Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 26-27°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28°, Türkan, Hövsan, Şıx, Sahildə 28-29° isti olazaq.


Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Temperaturun gecə 18-23°, gündüz 31-36° isti olacağı gözlənilir.


Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Temperaturun gecə 9-14°, gündüz 20-25° isti olacağı gözlənilir.


Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında əsasən yağmursuz olacaq. Havanın temperaturunun gecə 16-21°, gündüz 28-33° isti olacağı gözlənilir.


Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında əsasən yağmursuz olacaq, lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Temperaturun gecə 16-21°, gündüz 27-32° isti olacağı gözlənilir.


Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz olacaq. Temperaturun gecə 18-23°, gündüz 31-36° isti olacağı gözlənilir


Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında əsasən yağmursuz keçəcək, temperaturun gecə 20-24°, gündüz 30-35° isti, dağlarda gecə 14-19°, gündüz 22-27° isti olacağı gözlənilir.


Sizin Reklam Yeriniz