Əlaqə Arxiv
news Image
2013.08.19
12:30
| A A A
Balıq ovunda dəhşətli qətl

Balıq ovuna gedən tanışlar arasında mübahisə düşüb

Ötən gün Qusar sakini Raviq Zülfüqarov birlikdə balıq ovuna getdiyi həmyerlisi Zaliddin Xəlilovu qətlə yetirib. ANS PRESS-in verdiyi məlumata görə, onlar süni göldə balıq tutarkən, nahar zamanı yeyib-içməyə başlayıblar. Onlar içərək kefləniblər. Kefli ovçular sonradan mübahisəyə başlayıblar. Mübahisə zamanı Raviq balıq təmizləmək üçün gətirdiyi bıçaqla Zaliddini çoxsaylı zərbələr vuraraq qətlə yetirib.


Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Sizin Reklam Yeriniz