Əlaqə Arxiv
news Image
2013.08.19
12:44
| A A A
TQDK-dan ali məktəblərə qəbul olmuş abituriyentlərə xəbərdarlıq

Abituriyent qeydiyyat üçün tələb olunan sənədlərin siyahısını qəbul olduğu ali təhsil müəssisəsindən öyrənməlidir. 


2013-2014-cü tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olan abituriyentlər avqustun 20-dən 29-dək qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər.


Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin (TQDK) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, abituriyent qeydiyyat üçün tələb olunan sənədlərin siyahısını qəbul olduğu ali təhsil müəssisəsindən öyrənməlidir. 

 

Qeyd olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək. 

 

Sizin Reklam Yeriniz