Məmmədov soyadlı telefon abunəçiləri çoxluq təşkil edir
Rabitə sahəsində müxtəlif istiqamətdə təhlillər
aparılır, nəticələr ümumiləşdirilir. Bunların içərisində ən
maraqlılarından biri hansı soyadı daşıyan telefon abunəçilərinin
çoxluğudur. Statistik hesablamalara görə, hələlik Məmmədov soyadlı
telefon abunəçiləri çoxluq təşkil edir. Məlumat Hesablama Mərkəzi tərəfindən aparılan statistik
araşdırma nəticəsində məlum olub ki, ölkəmizdə Məmmədov soyadlı
stasionar telefon abunəçiləri nə az, nə çox düz 57 min nəfərdən
çoxdur. Soyadlar üzrə abunəçi sayı
belədir: Əliyev 43258, Məmmədova 29287, Hüseynov 27047, Əliyeva
22947, Həsənov 21092, Quliyev 20014, İsmayılov 15572, Əhmədov
14903, Hüseynova 14386, Abdullayev 13227, Abbasov 12550 Cəfərov
11411 abunəçi.
Qeyd edək ki, statistik məlumat respublika üzrə yalnız stasionar telefon abunəçilərini əhatə edir