news Image
2013.08.19
12:55
| A A A
17 Aran rayonunda heyvanlar arasında virus yayılıb

"Bir sıra rayonlarda heyvanlar arasında müşahidə olunan xəstəlik virus xəstəliyidir və insana keçmir". APA-nın məlumatına görə, bu fikirləri Dövlət Baytarlıq Xidmətinin rəisi Siyalə Rüstəmova keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə rayonlarda iribuynuzlu mal-qara arasında qanın qatılaşması, bədən hərarətinin dəyişkən olaraq qalxması ilə müşahidə olunan xəstəlik yayılıb: "Dövlət Baytarlıq Xidmətinin nümayəndələri diaqnoz qoyulması üçün həmin mal-qaradan qan nümunələri, selik yaxmaları götürülüb və bu nümunələr laboratoriyamızda müayinə edilib. Müayinələrin nəticəsinə əsaslanıb bildirmək istəyirik ki, bu virus xəstəliyidir. Bu xəstəlik insana yoluxmur. Heyvandan heyvana yalnız ağcaqanadlar, qansoran həşəratlar vasitəsi ilə keçə bilər. Xəstəlik nəticəsində balasalma, ölü bala doğulması, sinir sisteminin pozulması müşahidə edilir. Hal-hazırda 17 Aran rayonunda bu xəstəlik mövcuddur. Dövlət Baytarlıq Xidmətinin nümayəndələri, eləcədə Rayon Baytarlıq İdarələrinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışaraq bu xəstəlik müşahidə olunan heyvanları 3 gün ərzində vena daxili simptomatik müalicə ediblər. Bu virus müalicəyə tabe olur.  Aran rayonlarında  heyvanların 20 faizi bunyavirus ailəsinə məxsus virusa yoluxub. Yayılan bu xəstəlik nəticəsində 23 heyvan bala salıb. 7 heyvan ölüb ki, bunlarda da ikili xəstəlik müşahidə edilib. Həmin heyvanlar qızdırma xəstəliyindən ölüblər".

 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs