Əlaqə Arxiv
news Image
2013.08.19
14:58
| A A A
MDB Dövlət Başçıları Şurasının iclasında 18 sənəd layihəsi müzakirə olunacaq

MDB Dövlət Başlıları Şurasının oktyabrın 25-də Minskdə keçiriləcək iclasında 18 sənəd layihəsi müzakirə olunacaq.


APA-nın yaydığı məlumata görə, sənədlər korrupsiyaya, cinayətkarlığa, terrorçuluğa, narkotik maddələrin qanunsuz dövriyyəsinə, insan ticarətinə qarşı mübarizə sahəsində əməkdaşlıq məsələlərini həll edir.

 

İclasın gündəliyinə mədəniyyət, turizm, sahəsində qarşılıqlı fəaliyyət, Böyük Vətən Müharibəsində Qələbənin 70 illiyinə hazırlıq məsələləri də daxil edilib. 

 

MDB Dövlət Başlıları Şurasından bir gün əvvəl keçiriləcək MDB Xarici İşlər Nazirləri Şurasında  müxtəlif sahələrdə əməkdaşlığa dair 20-dək sənəd müzakirə olunacaq, onların bir hissəsi MDB Dövlət Başlıları Şurasına təqdim ediləcək.

Sizin Reklam Yeriniz