news Image
2013.08.19
14:55
| A A A
Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi başa çatıb

2013-2014-cü tədris ilində ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə vakant yerlərə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başa çatıb. Təhsil Nazirliyinin mətbuat xidmətindən Movqe.az-a verilən xəbərə görə, müəllimlərin işə qəbulu üzrə imtahanların nəticəsinə görə 1597 nəfər müsahibə mərhələsinə buraxılıb. Avqustun 12-dən 16-dək keçirilmiş müsahibənin nəticəsinə əsasən 1245 müəllim işə qəbul olunub. Avqustun 19-da müəllimlərin işə qəbulu üzrə imtahanların və müsahibənin nəticələrinə görə boş qalan vakant yerlərə əlavə yerləşdirmə üçün ərizə qəbuluna başlanıb. Əlavə yerləşdirmədə iştirak etmək üçün keçid balını toplamış, lakin işə qəbul olunmamış namizədlər şəxsi səhifələrinə daxil olmaqla boş qalan yerlər haqqında məlumatla tanış ola, ixtisası üzrə ən çoxu 4 vakant yer seçə və seçimlərini təsdiqləyə bilərlər. Əlavə yerləşdirmə nəticəsində vakant yerləri tutanlar üçün avqustun 23-də müsahibə keçiriləcək.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs