news Image
2013.08.19
15:01
| A A A
Yanardağ yenidən fəaliyyətə keçdi

Movqe.Az xəbər verir ki, Yaponiyanın cənubundakı Sakurajima vulkanının fəaliyyətə keçdiyi və 5 kilometr yüksəkliyə qədər kül püskürtdüyü bildirilib. Səlahiyyətlilər, 600 min əhaliyə malik Kagoshima şəhəri yaxınlığındakı Sakurajima vulkanının vulkanik qaya da atdığı və krater lava axmağa başladığını açıqlayıb. Yeni ilindən bu yana 500 dəfə kül püskürdən 1117 metr yüksəkliyindəki yanardağda meydana gələn partlayışlar adət edən şəhər xalqı, maskalar, çətirlərlə özlərini kül yağışından qorumağa çalışır. Dəmir yollarına yığılan küllərin təmizlənməsi üçün qatar səfərlərinə də  ara verilib. Bələdiyyə qrupları da yerlərdə yığılan külləri suyla yuyaraq təmizləyir. Kagoshima şəhərinin 10 kilometr şərqindəki yanardağın, Yaponiya Meteorologiya Agentliyinin 2006-cı ildə qeydiyyatdan tutmağa başlamasından bu yana ilk dəfə bu qədər yüksəyə kül püskürtdüyü deyilib.  "Sakit alov bölgəsi" zəlzələ və vulkan qurşağında yerləşənYaponiyada 100-dən çox aktiv vulkan var.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs