Əlaqə Arxiv
news Image
2013.08.19
17:21
| A A A
Azərbaycanda azyaşlı uşaq avtomobilin altında qalaraq ölüb

Azərbaycanda azyaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.


Mövqe.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 18-də saat 20.30 radələrində Şəki rayonu Çayqaraqoyunlu kəndinin ərazisində Turan qəsəbə sakini Elxan Məmmədov "Ford" markalı avtomaşını arxaya hərəkət etdirərkən kənd sakini, azyaşlı Kamal Musayevi vurub. Nəticədə uşaq hadisə yerində ölüb.

 

Şəki Şəhər Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 

Sizin Reklam Yeriniz