Əlaqə Arxiv
news Image
2013.08.19
17:27
| A A A
İsveçrə fahişəliyi daha təhlükəsiz və sağlam etmək üçün yeni layihəyə imza atıb

Mövqe.az-ın məlumatına görə, Zürixdə 1 milyon avroluq "seks qutusu" adlı layihə çərçivəsində küçədə sekslə məşğul olmaq üçün taxta baraklar inşa edilib. 

Zürix bələdiyyəsinin fahişəliklə daha təhlükəsiz və sağlam məşğul olmaq üçün yaratdığı seks qutuları avqustun 26-da fəaliyyətə başlayacaq. 


Şəhərin sənaye bölgəsində tikiləcək taxta baraklarda 40 fahişə işləyə biləcək. Gecələr fəaliyyətə başlayacaq məkan səhər saatlarına qədər davam edəcək. 


Bundan başqa seks qutuları SPİD və cinsi yolla yoluxa biləcək xəstəliklərə qarşı xəbərdarlıq ednə və qorunmanı təbliğ edən mesajlar da var. Yəni gözlənilməz vəziyyətlərdə yardım cağırmaq da mümkün olacaq. 


Sadəcə avtomobili olan kişilərin istifadə edə biləcəkləri seks qutularında avtodayanacaqlar da var. Piyada və motosikletlərlə gələnlər seks qutularından istifadə edə bilməyəcək. 


Seks qutusu layihəsinin əsas məqsədlərindən biri də fahişəliyi yaşayış yerləri və şəhər mərkəzlərindən uzaqlaşdırmaqdır. (Qaynar.info)



Sizin Reklam Yeriniz