news Image
2013.08.20
11:39
| A A A
Respublika üzrə malyariya ilə bağlı monitorinqlərə başlandı-Özəl
Süleyman Məmmədov: "monitorinq qrupu Ümümdünya Səhiyyə Təşkilatının ekspertləri ilə birgə İmişli, Zərdab, Ağcabədi, Cəlilabad və Ucar rayonlarında monitorinqlər aparırlar"

Azərbaycanda malyariya ilə bağlı monitorinqlərə start verilib. Bu barədə məlumatı Movqe.az-a Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) parazitologiya şöbəsinin rəhbəri Süleyman Məmmədov verib. S. Məmmədov bildirib ki, hazırda monitorinq qrupu Ümümdünya Səhiyyə Təşkilatının ekspertləri ilə birgə İmişli, Zərdab, Ağcabədi, Cəlilabad və Ucar rayonlarında monitorinqlər aparırlar: "Monitorinq qrupu Azərbaycanda malyariyaya yoluxma səviyyəsi, mübarizə tədbirləri ilə bağlı araşdırma aparır. Ekspertlərin monitorinq keçirdiyi ərazilərdə vəziyyət stabildir. Malyariyaya yoluxma faktı qeydə alınmayıb".  

S. Məmmədov bildirib ki, bu yay hələki malyariyaya yoluxma halına ölkə ərazisində rast gəlinməyib. 8 ayın satistik göstəriciləri ölkə ərazisində yeni malyariyaya yoluxma halının qeydə alınmadığını göstərir. S. Məmmədovun sözlərinə görə,ötən il malyariyaya yoluxma halı üç nəfərdə qeydə alınıb ki, onlar da xarici ölkələrdə bu xəstəliyınə yoluxanlardır: "Ölkədə malyariya xəstəliyi ilə bağlı vəziyyət təhlükəli deyil. Malyariya xəstəliyinin kütləvi yayılması sonuncu dəfə 1996-1997-ci illərdə baş verib. Həmin dövrdə 13135 nəfərin bu xəstəliyə yoluxduğu qeydə alınıb. İndi demək olar ki, ölkədə malyariya ilə bağlı ciddi təhlükə yoxdur. May ayından başlayaraq endemik ərazilərdə profilaktik tədbirlər həyata keçirilir. Xəstəliyin əsas yayıcısı olan "anofeles" ağçaqanadların kökünü kəsmək üçün nəmişlik olan rayonlardakı bataqlıqlar dizenfeksiya olunur. Malyariya ocaqlarında potensial infeksiya mənbələrini zərərsizləşdirmək məqsədi ilə kimyəvi profilaktika işləri də aparılır".



Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs