Əlaqə Arxiv
news Image
2013.08.20
15:03
| A A A
Misirə dəstək verdi

Movqe.Az xəbər verir ki, Səudiyyə Ərəbistanının Misirin yanında olacaqlarını söyləməsinin ardınca bu gün də Qatarın Misirə ikinci dəfə pulsuz təbii qaz göndərdiyi ortaya çıxıb. Qatar rəsmi xəbər agentliyinin məlumatına görə 9 Avqust günü təbii qaz yüklü maşın Misirə doğru yola çıxıb. Xəbərdə, Qatarlı bir səlahiyyətlinin "Qardaş Misir xalqına, daha əvvəl hədiyyə olaraq vəd edilən göndəriş əməliyyatı yerinə yetirilmişdir" deyilib. Qatar, Məhəmməd Mursi hakimiyyətdə olarkən iyun ayında Misirə beş gəmi təbii qaz hədiyyə edəcəyinin zəmanətini vermişdi. 3 İyulda Məhəmməd Mursini hakimiyyətdən salan orduya qarşı etiraz edən Körfəz ölkələri arasında Qatar da önə çıxmışdı. Lakin Qatar xarici işlər naziri Xalid əl Attiyah, bazar günü etdiyi açıqlamasında ölkəsinin heç bir zaman Müsəlman Qardaşlara kömək etmədiyini, göndərilən yardımların bütün Misir üçün edildiyini söyləmişdi.



Sizin Reklam Yeriniz