news Image
2013.08.20
15:12
| A A A
Azərbaycanda yerli laminat istehsalına başlanıldı

Alman texnologiyasını və keyfiyyətini özündə birləşdirən, Azərbaycanın yerli  laminat  parket brendi– "FLOORELLA" bugun ilk satış və sərgi mərkəzini açıb.AZMDF Şirkətindən Movqe.az-a verilən xəbərə görə, 2010-cu ildən etibarən MDF istehsal edən AZMDF Şirkətinə aid olan Floorella brendinin istehsalına 2013-cü ildən başlanıbr.  10 hektar ərazidə yerləşən  "AzMDF" zavodu Qafqaz regionunda MDF və HDF lövhələri istehsal edən yeganə müəssisədir. Burada dünyanın pres avadanlığı istehsalına görə ən qabaqcıl şirkətlərindən biri - Almaniyanın "Wemhoener" şirkətinin istehsalı olan press qurğusunda laminat istehsalı başlanılır. İstehsal xətti tamamilə avtomatlaşdırılıb və xəta riski minimuma endirilib. Azərbaycanda yerli bazarın laminate olan aehtiyacı 2,4 mln kvadrat metrdi. Amma zavodun illik istehsal həcmi 4 mln kv metr təşkil edir və məhsulun xaricə ixracı da nəzərdə tutulub. FLOORELLA-nın özəlliklərinə gəlincə, mexaniki təsirə, təzyiqə, cızılmaya və pozulmaya qarşı davamlıdır. FLOORELLA məhsulları ekoloji təmizdir, xüsusilə, allergiyası olan insanlar üçün münasibdir. Çünki onun döşənməsi zamanı məişət tozu əmələ gəlmir.  Floorella-nın  laminat döşəmələrinin səthi suya və yanmaya da davamlıdır. Döşəmənin təmizlənməsi asan və rahatdır. Bu örtüyü şotka, yaş parça və kimyəvi təmizləyici vasitələr ilə yumaq olar. Hətta boya ilə kirlənmiş döşəməni spirt tərkibli ləkəçıxarıcılar ilə silmək də mümkündür. Dərnəgül ərazisində yerləşən 200 kvadrat metrlik satış və sərgi mərkəzində Floorella laminat parketləri sərgilənəcək və satışı həyata keçiriləcək. Memar tərəfindən hazırlanmış özəl dizaynlı fərqli otaqlı satış və sərgi mərkəzində  bütün modelləri görə bilərsiniz. İstehsalatında alman mütəxəssisləri və texnologiyasından istifadə olunan "FLOORELLA" istehlakçılara sinfindən asılı olaraq 10 və ya 15 ilə qədər zəmanət verir, istifadə sahəsindən asılı olaraq isə 20-ə yaxın fərqli dekorlu laminat-döşəmə çeşidi təklif edir. Şirkətin kolleksiyalar üzərində çalışan Marketinq şöbəsi gələcəkdə dekor çeşidlərini  genişləndirməyi hədəfə alıb. Bundan əlavə müştərilər üçün satış və sərgi mərkəzində özəl program təqdim edilir. Bu program vasitəsi ilə ev və ya iş yerini Floorella laminat parketləri ilə döşəmək istəyənlər, kompyuter üzərindən öz yerlərinin rənginə və dizaynına uyğun laminat parket seçə bilərlər.

 

 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs